Yaponiyanın Kavaquçi şəhərində tragikomik hadisə yaşanıb.
15 mərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzildə yaşayan 40 yaşlı kişi intihar etmək istəyib və bunun üçün qazı açıq qoyub. Lakin daha sonra fikrindən daşınıb və bir siqaret yandırıb. Qaz dolan mənzildə güclü partlayış baş verib.
Məlumata görə, partlayış nəticəsində ətrafdakı tikililərə də ziyan dəyib. Partlayışdan sonra hadisə yerinə çox sayda yanğınsöndürən və tibb briqadası göndərilib. Mənzil sahibi də daxil olmaqla səkkiz nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıblar və həyati təhlükələrinin olmadığı bildirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
1 şərh
Understand that Web marketing is consistently altering.