Qafqaztimes.com AiF-ə istinadən xəbər verir: Beynəlxalq Olimpiya Komitəsi cinsini kişidən qadına dəyişənləri meydana qadın kimi buraxmağa hazırlaşır. Hazırlanan sənəd dünyanın 250 məşhur idmançısının müzakirəsinə verilib.
Qadın hüquq müdafiə təşkilatları bu addımı qadın idmanına qarşı suiqəsd kimi dəyərləndirir, məşhur qadın idmançılar BOK-in qərarına heyrətini gizlətmir.
Əslində transgenderlər artıq qadın kimi yarışlara qatılır. Tokioda ötən olimpiya oyunlarında Yeni Zelandiyadan ağır atlet Lorel Habbard qadınların yarışında iştirak edib. Olimpiadanın 200m-ə qaçış üzrə günüş medalını alan 18 yaşılı namibiyalı Kristin Mboma da transgenderdir. Amma qadınlar tərəfindən etirazlar güncləndiyi üçün BOK bunu qanuniləşdirmək isytəyir. Etirazçılar etik fatordan əlavə güc faktorunu ortaya qoyur. Transgender cinsi baxımdan qadın olsa belə fiziki baxımdan kişi potensialına malikdir. Sənəddə bildirilir ki, idmançı hansı cins arasında özünü rahat hiss edirsə həmin cinsdə də çıxış etməlidir!!
