“Opta” superkompüteri 1/4 final mərhələsi başa çatdıqdan sonra 2024-cü il Amerika Kubokunun əsas favoritini müəyyən edib.
“Opta” hesab edir ki, Amerika Kuboku 2024-ün qalibi olmağa əsas namizəd Argentina millisidir (52%). Uruqvay komandasının şansı 27%, Kolumbiyanın qalib gəlmə ehtimalı 17% qiymətləndirilir. Kanada millisinin Amerika kubokunu qazanmaq şansı isə ən aşağıdır – 4%.
Qeyd edək ki, Argentina və Kanada milli komandaları arasında ilk yarımfinal oyunu iyulun 9-dan 10-na keçən gecə Şərqi Ruterfordda (Nyu Cersi) keçiriləcək.