Qafqaztimes.com TASS-a istinadən xəbər verir: Pentaqonun mətbuat katibi Con Korbi İran hərbi hava qüvvələrinə məxsus vertolyotun ABŞ gəmisinə yaxınlaşması barədə açıqlama verib. Bu yaxınlaşmanı təhlükəli və qeyri-peşəkar adlandıran Kirbi nəyi nəzərdə tutub? Mətbuat katibi bildirib ki, helikopter sudan 3 m hündürlükdə uçub və gəmiyə 23 metrə qədər yaxınlaşıb!! Kerpbi pilotun hesablamada yanıla biləcəyini və nəticədə qəzaya səbəb olacağını dilə gətirib. Əslində belə uçuşu şox peşəkar pilotlar bacarır.
Beləcə, ABŞ İran helikopterinin Oman körfəzində Amerikanın USS Essex desant gəmisi üzərində uçuşunu təsdiqləyib. Amerika tərəfi İran helikopterinin 3 dəfə gəmiyə yaxınlaşmasına etiraz bildirməyib. İran tərəfinin hadisəyə münasibəti birmənalı olub: “öz sularımızda istədiyimiz kimi uçuruq”!
