“Xreal” şirkəti mobil telefon funksiyalarını dəstəkləməyən qeyri-adi “Beam Pro” smartfonunu təqdim edib.
“Xreal Beam Pro”nun fərqli xüsusiyyəti onun artırılmış reallıq terminalı kimi funksiya göstərməsidir. Yeni məhsul “Full HD” təsvir ölçüsünə və 90 Hz təzələnmə tezliyinə malik 6,5 düymlük IPS displeylə təchiz edilib.
Cihazın işi adı açıqlanmayan “Snapdragon” çipi, 6 və ya 8 GB operativ yaddaş və 128 və ya 256 GB daxili yaddaşla idarə olunur. Qadcet mobil rabitəni dəstəkləmədiyi üçün ondan zəng etməyin yeganə yolu internetlə messencerlərdən istifadə etməkdir.
“Beam Pro” artırılmış və ya virtual reallıq eynəkləri ilə baxıla bilən 3D məzmun yaratmaq üçün istifadə edilən 50 meqapiksellik bir cüt kameraya malikdir. Beləliklə, “Beam Pro” AR qulaqlıqlarını “USB Type-C” vasitəsilə birləşdirmək və idarə etmək üçün əsas kimi xidmət edir.
Cihazın 4,300 mA/s akkumulyatoru 27 Vt naqilli adaptoru dəstəkləyir. Yeni məhsul xüsusi “nebula OS” örtüyü ilə “Android 14″də işləyir.
“Xreal Beam Pro” artıq 1300 yuandan (təxminən 305 manat) başlayan qiymətə satışdadır.
Mənbə: