İraqın Kətaib Seyid əl-Şühəda Hərəkatının baş katibi yaxın günlərdə bu ölkənin Amerika və sionist hədəflərə qarşı İslami müqavimət əməliyyatının yeni mərhələsinin başladığını elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, İraq Kətaibüş Şühəda Hərəkatının baş katibi “Əbu Əla Əl-Vəlai” bu gün (31 may) deyib: İraq İslami müqaviməti sionist rejimin Qəzzədə soyqırımına cavabı və məzlum Fələstin xalqına dəstək məqsədilə həyata keçirdiyi əməliyyatların üçüncü mərhələsi tezliklə başlayacaq və bizim modern silahlarımız düşməni təəccübləndirəcək.
Əbu Əla Əl Valai deyib: Əl-Əqsa tufanı əməliyyatı hamıya düşmənin məğlubiyyətini və zillətini göstərdi. Düşmən İraq İslami Müqavimətinə vasitəçilərlə göndərdiyi siyasi təzyiqlərə və bütün təhdidlərə baxmayaraq, biz qətiyyətlə əməliyyatlarımızı davam etdiririk. İlahi qələbə vədinin yerinə yetməsinin nişanələri nazil oldu.
Xatıladaq ki, İraqın İslami müqaviməti sionistlərin Fələstin xalqına və Qəzza müharibəsinə qarşı artan cinayətləri qarşısında səssiz qalmayaraq oktyabrın 17-dən etibarən Amerika işğalının bir neçə bazasını hədəf almaqla Fələstin xalqına və müqavimətinə dəstək verir. İraq, Suriya və sionist rejimə qarşı digər qaynar cəbhələrə işğalçı Amerika-sionist düşmənə qarşı yeni cəbhə açaraq vəhdət halına gəliblər.
Qeyd edək ki, İraq İslami müqavimət əməliyyatının birinci mərhələsində ABŞ mövqelərinə hücumlar günü-gündən güclənib, ikinci mərhələdə isə sionist rejimin mövqeləri İraq döyüşçülərinin hədəfinə çevrilib.
