Haaretz qəzeti Qəzzəyə humanitar yardım karvanına edilən hücumlarda sionist rejim Nazirlər Kabinetinin üzvləri və qəsəbə sakinlərinin koordinasiyası əsasında baş tutduğundan xəbər verirlər.
İRNA-nın məlumatına əsasən, Haaretz bu gün (16 may) yazıb: Netanyahu kabinetinin bir neçə üzvü sionist qəsəbə sakinlərinə Qəzzəyə humanitar yardım daşıyan maşınların keçid zamanı barədə məlumat verdikdən sonra hücumlara məruz qalırlar.
Qeyd edək ki, dünən axşam (15 may) sionist qəsəbə sakinləri işğal olunmuş Qüds yaxınlığında Qəzzəyə humanitar yardım aparan iki yük avtomobilinə hücum ediblər. Onlar bu yüklərin İordaniyadan göndərildiyi üçün hücum etdiklərini də deyiblər.
Ötən bazar ertəsi günü də sionist qəsəbə sakinləri humanitar yardım yük maşınlarına hücum edərək içəridə olan bütün bağlamaları çırıb yol kənarına atmışdılar.
Bundan əvvəl də qəsəbə sakinləri Beyt Hanun keçidində İordaniyadan gələn humanitar yüklərə hücum etmişdilər.
