İnformasiya qaynaqları sionist rejim qırıcılarının Suriyanın qərb bölgəsi olan Dəra məntəqəsinə hücumundan xəbər verirlər.
Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim qırıcı təyyarələri dünən gecə (1 aprel) saatlarında Dəra əyalətinin Houz Yərmuk şəhərinə hava hücumları edib.
Hücum barədə hələlik heç bir detal verilməyib.
Bundan əvvəl xəbər mənbələri Suriyanın işğal olunmuşş Cövln yüksəkliklərində pilotsuz təyyarənin hava məkanını pozduğu üçün təhlükə siqnallarının işə düşməsindən xəbər vermişdi.
Sionist rejim mediaları da Suriyanın işğal olunmuş Cövlan yüksəkliklərinin Təbəriya gölməçəsi səmasında PUA-nı zərərsizləşdirdiyini elan etmişdi.