İnqilab Keşikçiləri Korpusu İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna raket hücumunda sionist rejimin terror cinayətini pisləyən bəynat yayımlayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, bəyanatda sionist rejimin bugünkü cinayətində general Zahidi və Hac Rəhimi ilə birlikdə beş nəfərin də şəhid olduğu elan edilib.
Bəyanatda deyilir: Vəhşi sionist rejiminin Fələstin və Qəzzə xalqının müqaviməti qarşısında məğlubiyyətləri və İslami Müqavimət Cəbhəsi döyüşçülərinin bölgədəki polad iradəsinin müqabilində bu gün 1 aprel saxta rejimin təyyarələri İran İslam Respublikasının konsulluğunun binasında yeni cinayət törətdi. Dəməşqdəki konsulluğumuzda baş verən bu cinayətdə Sərdar Rəşid Türbə, Məhəmməd Rz Zahidi və Məhəmmad Hadi Hacı Rəhimi", komandirlər, veteranlar, müqəddəs müdafiə veteranları, İranın Suriyadakı yüksək səviyyəli hərbi məsləhətçiləri və onları müşayiət edən 5 zabitdən bəziləri şəhid oldu:
1.Şəhid Hüseyn Amanullahi
2. Şəhid Seyid Mehdi Cəlaləti
3. Şəhid Möhsün Sədaqət
4.Şəhid Əli Ağababayi
5. Şəhid Əli Salehi Ruzbəhani
