Fələstin İslami Cihad Hərəkatının baş katibi İran İslam Respublikası paytaxtı Tehran şəhərinin 100 min nəfərlik “Azadlıq” idman kompleksində Fələstin xalqının Quran, İslam dini və İİR-nın dəstəkləri sayəsində sionist rejimi məğlub edəcəklərini deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Fələstin müqavimətinin liderləri ilə Tehranda səfərdə olan Ziyad Əl Nəxalə Fələstin xalqına dəstəkləri üçün bütün iranlılara minnətdarlığını bildirərək deyib: Biz Quran və müqəddəs İslam dini sayəsində öz müqavimətimizə davam edəcək və sionist düşmənlərimizi məğlubiyyətə uğradacağıq.
Əl Nəxalə həmçinin vurğulayıb: İsrail heç vaxt qalib gəlməyəcək. Biz isə dinimiz və Quran sayəsində onları məğlub edəcəyik.
