Yəmən Ənsarullah Hərəkatı siyasi bürosunun yüksək çinli rəsmisi sionist rejimin Qəzzədə soyqırımını dəsətkləyən Amerika və İngiltərə əleyhinə əməliyyatlarını davam etdirəcəklərini elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Əli Əl Bəxiti bu gün (9 mart) deyib: Bu gün Qırmızı dənizdə Amerika esminesinə 37 dron və raketlə hücum etdik. Beynəlxalq ictimaiyyətin bu əməliyyatları dayandırmaq barədə mesajlarına baxmayaraq, biz İsrailin Qəzzə soyqırımını dayandırmayana qədər Qırmızı dənizdəki hərbi əməliyyatlarımıza davam edəcəyik.
Əl Bəxiti həmçinin Ənsarullah Hərəkatının lideri Seyid Əbdül Malik Əl Husininin Yəmənin Qəzzanı tək qoymayacağını vurğuladığını da deyib.