ABŞ-nin Çikaqo ştatından olan məşhur qanqster Al Kaponeyə məxsus malikanənin yerləşdiyi Palm-Biçdə yerləşən torpaq sahəsi 23,9 milyon dollara satışa çıxarılıb.
Qeyd olunub ki, ərazinin sahəsi 2 800 kvadratmetr təşkil edir, bura təxminən 30 metr uzunluğunda olan şəxsi çimərlik də daxildir. Al Kapone bu ərazini 1928-ci ildə 40 000 dollara müstəmləkə üslubunda malikanə ilə birlikdə alıb. Qanqster qonaq evi tikmək və mərcan mağarası olan gölməçə təşkil etmək üçün təxminən 200 min dollar (340 min manat – red.) xərcləyib.
1947-ci ildə Kapone bu evdə ürək tutmasından vəfat edib və 1952-ci ildə onun dul arvadı mülkü satıb. Bundan sonra mülkün sahibləri dəfələrlə dəyişiblər.
Malikanə söküntü planları ilə bağlı illərdir davam edən münaqişəyə səbəb olub. Nəticədə, bina 2023-cü ilin avqustunda sökülüb.