Amerikalı senator “Qəzzədəki qeyri-qanuni, etikadan kənar, amansız və ədalətsizcəsinə müharibə”nin ABŞ tərəfindən dəstəklənməsini pisləyib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Bernie Sanders X sosial media hesabında Co Bayden hakimiyyətinin Qəzzə müharibəsinə dəstəklənməsinə münasibət bildirərək ABŞ Konqresinin İsrailə 10 milyard dollarlıq eksklüsiv yardım layihəsinin təsdiqlənməsi ilə müxaifət edəcəyini bildirib.
Bernie Sanders yazıb: İcazə verin şəffaf deyim ki, Qəzzədəki qeyri-qanuni, etikadan kənar, amansız və ədalətsizcəsinə müharibə olmamalıdır. Konqres İsrailə 10 milyard dollarlıq həcmində radikal Netanyahu hakimiyətinə eksküsiv yardım paket layihəsini qəbul etməməlidir.
Xatırladaq ki, bundan əvvəl də Bernie Sanders Co Baydenin İsrailə əlavə 10 milyard dollarlıq yardım laihəsi ilə müxalif olması barədə Konqresə ərzizə təqdim edərək demişdi ki, Qəzzada baş verən iztirabların miqyası ağlasığmazdır – bu, müasir tariximizin ən qaranlıq fəsillərindən bəziləri arasında yadda qalacaq. Bu, humanitar kataklizmdir və bu, Amerika bombaları və pulları ilə edilir. Biz bu faktla üzləşməliyik və sonra bu hərəkətlərdə iştirakımıza son qoymalıyıq”.
