Axios portalı Həmasın Tel Əvivlə bir neçə həftəlik atəşkəsə razılaşdığını və 36 sionist girovun buraxılacağını iddia edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Axios iddia edib ki, Həmas Qətər vasitəçisi ilə 36 israilli girovu qaytarmaq şərtilə bir neçə həftəlik atəşkəs rejiminə razılığını elan edib.
Məlumata görə Həmasın hər 10 fələstinli qarşılığında 1 sionisti azad etməsi məsələsi diqqət mərkəzindədir.
Deyilənlərə görə İsrail rəsmiləri Qətərin şərtlərini tam diqqətlə araşdırır və bir neçə gün ərzində Həmasın bu razılığının arxasında gizlənən sirlərini və bunun ciddi olub-olmamasını anlamağa çalışırlar.
Amma bu iddialara rəğmən Həmas dəfələrlə sionistlərin Qəzzədən geri çəkilmədiyi təqdirdə hər hansı bir razılaşmanın mümkün olmadığını elan edib.
