Sionist rejimin müharibə naziri Həmas tam məhv edilənə və bütün girovlar azad edilənə qədər Qəzzədə müharibəni davam etdirəcəyini iddia edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Qoav Qalant deyib: İndiki müharibənin məqsədləri girovların geri qaytarılması və Həması tam məhv etməkdir.
Xatırladaq ki, İsrail ordusu 1 həftəlik atəşkəs rejimindən sonra ötən cümə gecəsi Qəzzə zolağını yenidən bombardman etməyə başlayıb. Oktyabrın 7-dən bu günə kimi sionist rejim Qəzzə zolağını havadan və qurudan kütləvi hücumlara məruz qoyur.
Fələstin Səhiyyə Nazirliyi sionist rejimin vəhşi hücumları nəticəsində 16 min nəfərin həlak olduğunu elan edib.
