İndoneziya sahillərində 7,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri təxminən Ambon şəhərindən 341 km cənub-şərqdə olub. Ocaq 10 km dərinlikdə yerləşir.
İtkilər və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
