İnformasiya qaynaqları işğalçı Amerika Birləşmiş Ştatlarının Suriyanın Deyrəz Zur məntəqəsindəki hərbi düşərgəsində hədəf atəşinə tutulduğundan xəbər verirlər.
Təsnim İnformasiya Agentliyinin Əl Məyadin telekanalına istinadən verdiyi məlumata əsasən, Amerikanın Suriyanın şimal bölgəsində yerləşən Deyrəz Zurdakı hərbi bazasından partlayış səsləri eşidilib.
Bu qaynaq partlayışın hərbi düşərgədə baş verdiyindən əmin olduğunu da deyib.
Ötən həftə ərzində Amerikanın İraq və Suriyadakı hərbi baza və düşərgələri müqavimət dəstələrinin PUA və raket hücumlarına qalır. Bunun səbəbi isə ABŞ-ın açıq-aşkar sionist rejimin Qəzzədəki cinayətlərinə dəstək siyasəti kimi qəbul edilir.
Xatırladaq ki, ötən həftə ərzində İraq və Suriyada qüvvələrinin hədəf mərkəzinə çevrilən ABŞ müdafiə nazirliyi dı İraqda 12 dəfə, Suriyada 4 dəfə yaraqlıların hücumuna məruz qaldıqlarını qəbul edir.
