İran XİN başçısı Lüksemburq həmkarı ilə telefon söhbətində sionist rejimin Qəzzə cinayətlərindən əlavə onu tam mühasirədə saxlamasının acizlik əlaməti olduğunu vurğulayıb.
Əl aləm telekanalının məlumatına əsasən, Hüseyn Əmir Abdullahian dünən axşam (21 oktyabr) Jan Aselbornla telefon söhbətində region və Yaxın Şərqin son olayları, Qəzzə zolağındakı anti-bəşər siyasətlərin yürüdülməsi ilə Fələstin xalqına olmazın zülmlərin edildiyindən danışıb.
Əmir Abdullahian həmçinin əksəriyyətini qadınlar və uşaqlar təşkil edən Qəzzədə həlak olanların sayının 4500-dən yuxarı olduğunu xatırladaraq məzlum xalqa edilən bu amansızlığın acizlikdən irəli gəldiyini də qeyd edib.