Qəflətən halı pisləşən sürücü sükan arxasında keçinib.
Bu barədə görüntülər sosial mediada yayılıb.
Kadrları lentə alan şəxsin sözlərinə görə, hadisə Dağıstan Respublikasının çıxışında, magistral yolda olarkən baş verib. Belə ki, “Scania” markalı TIR-ı idarə edən sürücünün qəflətən halı pisləşib və sükan arxasında keçinib. Onun azərbaycanlı olduğu bildirilir.