Körpünü kənarında dayanaraq intihar edəcəyi ilə bağlı anons verən “Nitsa”nın yarımmüdafiəçisi Aleksis Beka-Beka fikrindən daşınıb.
Bu barədə Fransa mətbuatı xəbər verib.
Qeyd olunur ki, hadisə yerinə gələn təcili yardım xidmətinin əməkdaşları və psixoloqlar futbolçu ilə söhbət edəndən sonra o fikrini dəyişib.
Hazırda Aleksis Beka-Bekanın təhlükəsiz yerdə olduğu bildirilir.
14:58
Fransanın “Nitsa” futbol klubunun 22 yaşlı yarımmüdafiəçisi Aleksis Beka-Beka özünü Nitsa şəhərindəki Manyan körpüsündən atacağı ilə bağlı anons verib.
Bu barədə Fransa mediası məlumat verib.
Qeyd olunur ki, hadisə yerində polis və xilasedicilər işləyir, “Nitsa” klubunun rəhbərliyi isə futbolçu ilə danışıqlar aparmaq üçün psixoloq göndərib.
Məlumat üçün əlavə edək ki, Aleksis Beka-Beka 2022-ci il avqustun 1-də Moskva “Lokomotiv”indən “Nitsa”ya transfer olunub. Onun transferi kluba 12 milyon avroya başa gəlib.
Fransız futbolçu “Nitsa”da 22 oyun keçirib, bir qol vurub.
