Geomaqnit qasırğası sentyabrın 28-nə qədər davam edəcək.
Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, günəş küləyi sürətinin 28 sentyabrda normala dönəcəyi gözlənilir. 25 sentyabrdan başlayan geomaqnit qasırğasının G3 səviyyəsinə kimi yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsindəki fəallığın 28 sentyabra kimi davam edəcəyi proqnozlaşdırılır.
