Amerikanın İrandakı maraqlarının qoruyucusu kimi İsveçrənin müvəqqəti işlər vəkili İran XİN-nə çağırıldı.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Fars Körfəzi Əməkdaşlıq Şurasının xarici işlər nazirləri və ABŞ dövlət katibinin birgə iclasının bəyanatının verilməsindən sonra İsveçrənin İrandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.
Qeyd edək ki, bəyanatda İrana qarşı əsassız ittihamların irəli sürülməsindən əlavə, İran İslam Respublikasının üç İran adası üzərindəki ərazi suverenliyinə qarşı qəbuledilməz iddialar irəli sürülüb və Amerika hökuməti də ona dəstək verib.
