Paytaxtın Yasamal rayonunda yerləşən məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Əli Novruzov saxlanılıb.
Araşdırmalarla onun oğurladığı ianə qutularının içərisində ümumilikdə 13 min manatdan artıq pul olduğu məlum olub.
Faktlarla bağlı saxlanılan şəxs barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əli Novruzovun qanunsuz əməllərindən zərərçəkənlər Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.