Həmas Hərəkatının heyəti bir həftəli qanlı hadisələrdə Sayda şəhərində sabitliyin bərpası və Eynəl Həlvə düşərgəsində atəşbəs yaratma cəhdlərinə görə Hizbullaha minnətdarlığını elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Livanın cənubunda yerləşən fələstinli köçkünlərin Eynəl Həlvə düşərgəsində stabillik hakim olduqdan sonra Həmas Hərəkatının Livandakı nümayəndəsi Əhməd Əbdül Hadinin başçılığı ilə bir heyət Sayda şəhərinin Hizbullah nümayəndəsi Zeyd Zahirlə görüşüb.
Bu görüşdə Həmas üzvləri Eynəl Həlvədəki hadisələri analiz etdikdən sonra baş katib Seyid Həsən Nəsrullahın tədbirləri sayəsində bərpa olunan stabilliyə görə minnətdarlıq elan edilib.
Qeyd edək ki, ötən həftə Livanın cənubunda yerləşən Eyn Əl-Həlvə düşərgəsində Fəth hərəkatı ilə Əl-Ənsar qrupu arasında baş verən silahlı qarşıdurmada ən azı 6 nəfər ölüb, 30 nəfər yaralanıb. Eyn Əl-Həlvə düşərgəsində 50 mindən çox fələstinli qaçqın yaşayır və son illər onlara Suriyadan qaçan fələstinli qaçqınlar da əlavə olunub.