Düzgün məşq və qidalanma ilə bağlı məsləhətləri ilə məşhur olan tanınmış fitnes-bloqer və bodibilder Castin Viki faciəli şəkildə həlak olub. O, məşqdə ştanqı yerə atmaq istəyərkən boynunu sındırıb.
Qeyd olunur ki, Castinin həyatı bahasına başa gələn məşq onun sevimlilərindən olub: Viki tez-tez videolarında bunu necə düzgün etməli olduğunu göstərir, bunu “ən təhlükəlilərdən biri” adlandırırdı.
İnternetdə yayılan videodan görünür ki, ştanqın ağırlığına tab gətirə bilməyən Viki yükün altında “qatlanmağa” başlayır, sonra, onu uğursuz bir şəkildə atmağa çalışaraq, boynunu və onurğasını qırır.
Bloqerin ölümünün rəsmi diaqnozu “boynun sınığı və ürəyi ağciyərlərə bağlayan həyati sinirlərin kritik sıxılması” olub.