Pakistanda Fələstin amallarına dəstək konfransı keçirilib.
Əl Aləm telekanalının məlumatına əsasən, İslamabadda təşkil olunan “Hüseyn məndəndir” adlı belnəlxalq konfransda Fələstininin müdafiəsinin bütün islam dünyasının vəzifəsi olduğu vurğulanıb.
Məlumata görə Pakistanda təşkil olunan bu beynəlxalq konfransda iştirak edən Fələstin Alimlər Şurasının sədri Şeyx Ədib Yasirci deyib: “Fələstinə dönüş” adlı beynəlxalq kompaniya təşkil etməklə bütün dünya müsəlmanlarının bu məsələdə fokuslaşmasını qarşıya məqsəd qoymuşuq.
Şeyx ədi Yasirci həmçinin konfrans iştirakçılarının Fələstinin beynəxalq bir məsələ, bu problemin həllinin də bütün islam ölkələrinin vəzifəsi olduğunu qeyd etdiyini vurğulayaraq deyib: İslam ölkələri Fələstin məsələsini dildə deyil, əməldə həll etmək üçün səfərbər olmalı, bütün dünya müsəlmanlarının düşmənlərini məğlub etməlidirlər.