İşğalçı sionist rejim Cenin hücumundan sonra müqavimətin qisas əməliyyatından sonra bu məntəqəni tərk etmək məcburiyyətində qalıb.
Təsnim İnformasiya Agenltiyinin məlumatına əsasən, media qaynaqları bu gün səhər ( 5 iyul) Fələstin müqavimətinin Qəzzə zolağının ətrafındakı sionist yaşayış məntəqələrinə raket zərbələrindən xəbər veriblər.
Bu raket hücumları cinayətkar İsrail rejimi ordusunun Cenin və ətəraf yaşayış məskənlərinə etdiyi təcavüzə cavab olaraq həyata keçirilib.
İsrail ordusu iddia edib ki, “Dəmir Günbəz” Qəzza zolağından Sderot istiqamətində atılan 5 raketi zərərsizləşdirib.
Media xəbərləri bu haqda məlumat verib ki, sionist qüvvələr Qəzza zolağının şimalındakı Beit Lahia qəsəbəsindəki müqavimət mərkəzlərini də hədəfə alıblar.
Xatırladaq ki, cinayətkar İsrail ordusu bazar ertəsi səhər Cenin məntəqəsində irimiqyaslı hərbi əməliyyat keçirmiş, nəticədə Fələstin vətəndaşlarının yaşayış məskənlərinin dağıdılmasından əlavə əlavə, 11 nəfəri şəhid olmasına, 100-dən çox insan yaralanmasına səbəb olub.
“HƏMAS” siyasi bürosunun baş katibi İsmayıl Həniyyə mətbuata açıqlamasında deyib: Düşmənin rüsvayçı məğlubiyyətindən və onun Cenin düşərgəsindən qaçmasından və müxtəlif qollardan olan fələstinli mücahidlərin vahid qarşıdurmasından sonra müqavimət və sionist ordusunun mərkəzində qisas əməliyyatı keçirməklə sionist ordusunun yenidən məğlubiyyətə uğramasından məlum oldu ki, müqavimətin əsas xətti düşmən cinayətlərinə cavab verməklə işğalçıları Fələstin torpağından çıxarmaqdır.
