Sionist rejim kiber təşkilatının rəhbəri İran İslam Respublikasının bu imkanlarından qorxusunu kiber struktur təhdidləri ilə gizlətməyə çalışıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İnternet Həftəsi münasibətilə Tel Əviv Universitetində çıxış edən Qabi Partinoy deyib: İran bizim daxili səhnədə əsas təhdid və təhlükəmizdir.
Q.Partinoy eyni zamanda İsrailə qarşı kiberhücumlar edənləri bunun əvəzini ödəyəcəyi ilə hədələyib.
O, daha sonra Livan Hizbullahı və İranın böyük kiberrisk olduğunu etiraf edərək bir daha deyib: İsrail vətəndaşlarını hədələyən hər hansı bir qüvvə bunun bədəlini ödəyəcək.
Məlumatda həmçinin deyilir: Maraqlısı budur ki, Tel Əviv Universitetində çıxış edərək İranı ən böyük kibertəhlükə adlandıran Q.Partinoydan sonra Ağ Evin İnternet işləri üzrə katibi dünyada ən böyük kibertəhlükənin Rusiya və Çin olduğunu elan edib.
