Antoni Blinkenin Çinə səfəri son 5 ildə Amerika rəsmilərinin Pekinə ilk səfəri hesab olunur.
Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (18 iyun) ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken Çinə daxil olub.
Məlumatda deyilir: Blinkenin bu səfəri dünya iqtisadiyyatının iki supergücləri arasında konfliktlərin yaşandığı bir zamanda həyata keçir.
Son verilən məlumata görə, Blinken səfərdən öncə çinli əməkdaşı ilə telefon danışığı da aparıb.
Ekspertlərin fikrincə Pekin və Vaşinqton rəsmilərinin görüşünün detalları qaranlıqdır və nələr müzakirə olunacağı və hansı nəticələr əldə ediləcəyi barədə heç bir proqnoz vermək mümkün deyil.
Qeyd edək ki, ötən qış Çin hava şarının Amerika səmasında vurulmasının ardınca iki ölkə arasında gərginlik Blinkenin Pekinə səfərini təxirə salmışdı.
Təxirə düşmüş ötən səfərin mövzusu isə iqtisadi-tirai əlaqələr, Tayvan və Honk Konq vəziyyəti, Çinin insan hüquqları, cənubi Çin sularında bu ölkə qüvvələrinin yerləşməsi, Rusiya-Ukrayna müharibəsi olacaqdı.
