Beynəlxalq Amnistiya Təşkilatı İsrail rejiminin Qəzzəyə qarşı hərbi cinayətlərini etiraf edib.
Mizanonline prtalının məlumatına əsasən, BAT-ın hesabatında İsrail hərbçilərinin 2023-cü ilin may ayında Qəzzə zolağında fələstinlilərə qarşı hərbi cinayətlər törədildiyi yazılır.
Hesabatda həmçinin deyilir: Sionist rejim 2023-cü ilin mayında fələstinlilərə qarşı növbəti qanunsuz müharibə tətbiq edib. 5 gün davam edən bu müharibədə fələstinlilərə çoxlu insan tələfatı və maddi ziyan dəyib, əksəriyyəti dinc sakinlər, xüsusilə də qadın və uşaqlardan ibarət 33 fələstinli şəhid olub, 190-dan çox insan isə yaralanıb. Həmçinin sionist rejimin hücumları zamanı 56 yaşayış məntəqəsi dağıdılıb və 940 yaşayış məntəqəsi zərər görüb.
Fələstinlilərin evlərinin qeyri-qanuni və heç bir zərurət olmadan sökülməsi, mülki şəxslərin kollektiv şəkildə cəzalandırılması Beynəlxalq Amnistiya Təşkilatının qeyd etdiyi iki cinayətdir.
Bu hesabatda hücumun vaxtı da müharibə cinayətinin başqa bir nümunəsi olaraq göstərilib, çünki bu hücumlar ailələr evlərində yatarkən həyata keçirilib. Ona görə də bu hücumun tərtibatçıları qəsdən dinc sakinləri öldürüblər.
Beynəlxalq təşkilat bildirir ki, Qəzzə zolağının blokadası dərhal aradan qaldırılmalı, bölgədə irqçi cinayətlər və hərbi cinayətlər törədənlər beynəlxalq hüquq normalarına uyğun olaraq mühakimə olunmalı və cəzalandırılmalıdır.
