Ukraynada Kaxovka Su Elektrik Stansiyasının partlaması nəticəsində su altında qalan ərazilərdə sular çəkilməyə başlayıb.
Sular çəkildikdən sonra torpağın altından İkinci Dünya müharibəsindən qalan insan skeletləri üzə çıxıb.
Bununla bağlı videogörüntülər “İnsayder” “Telegram” kanalında yayımlanıb.
Görüntülərdə insan qalıqlarını, müxtəlif kəllə sümüklərini, hətta kəllələrdən birində müharibə dövrünə aid dəbilqəni belə görmək mümkündür.