Ukrayna Silahlı Qüvvələri Qələbə Günündə ən azı üç dəfə pilotsuz təyyarələrlə Moskvaya hücum etməyə cəhd edib.
Bu barədə “Mash” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, söhbət “UJ-22 Airborne” PUA-larından gedir. Onlardan biri Kaluqa vilayətinin Peremışl kəndi üzərində (paytaxtdan təxminən 175 km aralıda) vurulub, ikincisi Moskva Dairəvi Avtomobil yolunun yaxınlığında yerləşən Bitsevski meşəsində yerə endirilib. Üçüncü PUA isə Cənub-Qərb İnzibati Dairəsi Lomonosovski rayonunda zərərsizləşdirilib.
Hadisə nəticəsində xəsarət alanlar olmayıb, pilotsuz aparatlar partlamayıblar.
PUA-lar Çerniqov vilayətindən buraxılıb. Bu bölgədən Moskvaya qədər olan məsafə təxminən 600 kilometr təşkil edir. Zərərsizləşdirilmiş “quşların” maksimal uçuş məsafəsi isə 800 kilometrdir.