ABŞ-nin Texas ştatının Braunsvil şəhərində avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində 7 nəfər ölüb.
Hadisə mayın 7-də yerli evsizlər mərkəzində baş verib.
Şəhər polisinin məlumatına görə, toqquşma nəticəsində daha 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avtomobilin sürücüsü saxlanılıb, o, hazırda xəstəxanada mühafizəçilərin nəzarəti altındadır.
Qəzanın səbəbi hələlik məlum deyil. İnsident zamanı sürücünün narkotikin təsiri altında olması ehtimalı var.