ABŞ nüvə sualtı hərbi gəmisi İran su sərhədini pozub
Aprel 20, 2023
İİR ordusunun dəniz qüvvələri komandanı Hormoz boğası sularında ABŞ-a aid bir nüvə sualtı gəmisinin tapılmasının detalları barədə açıqlama verib.
Əl Aləm telekanalının məlumatına əsasən, İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani bu məsələ barədə deyib: ABŞ hərbi dəniz qüvvələrinə aid nüvə sualtısı tam sakitliklə Hormoz boğazı sularına yaxınlaşmaqda idi və yerli “Fateh” müdafiə sisteminin radarına düşüb və “Fateh”in xəbərdarlığı və qovucu manevrləri ilə su üzərinə çıxaraq yonunu dəyişdirməsi ilə boğazdan ötüb keçməsinə məcbur edilib.
Kontr-admiral sonra deyib: Modern və trend təchizatlı ABŞ nüvə sualtısı səssiz-səmirsiz və heç bir məlumat vermədən Hormoz boğazından keçməyə cəhd etdiyi halda “Fateh”in radarına düşdüyü üçün amerikalılar buna rəsmi cavab verməlidir. Çünki beynəlxalq qanunlara zidd rəftarlarına görə cavabdehdir.
Qeyd edək ki, ABŞ hərbi dəniz qüvvələrinə aid nüvə sualtısının adı “Florida”dır.