Amerika senatorlarından biri İran və Çini bu ölkənin əsas düşməni adlandırıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Cənubi Karolina ştatının respublikaçı senatoru dünənki (18 aprel) müsahibəsində Səudiyyə Ərəbistanına xəbərdarlıqla Tehran-Pekin münasibətlərinin yaxınlaşmasına münasibət bildirərək deyib: İran və Çin bizim əsas düşmənimizdir.
Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Lindsi Qraham Əl Ərəbiyyə telekanalına müsahibə verərkən İranın nüvə proqramından narahatlığını gizlətmədən Çin və Ərəbistanla münasibətlərinin yaxınlaşmasını mənfi dəyərləndirərək deyib ki, İranın nüvə proqramı çox pis vəziyyətə doğru hərəkət edir.
İsrailin məhvinə çalışan, ABŞ əleyhinə bəzi əməliyyatlar keçirdiyini vurğulayan senator İranı dini-dominantlıq və nüvə silahı istehsalında günahlandırıb.