Perunun qərbində avtobusun uçurumdan aşması nəticəsində azı 10 nəfər ölüb, 25 nəfər yaralanıb.
Qəza zamanı Uanuko şəhərindən Limaya gedən avtobusda 76 nəfər olub. Yaralılardan 12-si xəstəxanaya yerləşdirilib.
Sərnişin daşıyan nəqliyyat şirkətindən verilən məlumata görə, avtobus yük maşını ilə toqquşaraq uçurumdan aşıb. Lakin polis gələn zaman hadisə yerində başqa maşın tapmayıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.