Rusiyanın Kamçatka yarımadasındakı “Bezımyannı” vulkanı sutka ərzində üçüncü dəfə kül püskürüb. Kül sütununun hündürlüyü 5,5 kilometr olub.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, kül şleyfi şərqə – yaşayış məntəqələrinin olmadığı Kamçatka körfəzinə doğru yayılıb.
Bununla əlaqədar rayonun yaşayış məntəqələrində külün düşməsi müşahidə olunmayıb.
Bundan bir neçə saat əvvəl “Bezımyannı” 5 km hündürlüyə kül püskürüb. Vulkana “narıncı” aviasiya təhlükə kodu verilib: bu yüksək vulkanik aktivlik deməkdir və alçaqdan uçan təyyarələr üçün təhlükə yaradır.
Birinci püskürmədə isə kül sütununun hündürlüyü 3 km olub.
1 şərh
The next time I read a blog, Hopefully it does not disappoint me as much as this one. After all, I know it was my choice to read, but I genuinely believed youd have something interesting to say. All I hear is a bunch of whining about something that you could fix if you werent too busy searching for attention.