ABŞ-ın keçmiş Prezidenti Donald Tramp aprelin 4-nü – Nyu-York məhkəməsində dələduzluqda ittiham olunduğu və müvəqqəti həbs olunduğu günü “tarixin ən yaxşı günü” adlandırıb.
“Bu, əsassız ittihamlardan sağ çıxan biri üçün inanılmaz bir təcrübə, bəlkə də tarixdə ən yaxşı gün idi”, – deyə o, özünün “Truth Social” sosial şəbəkə hesabından bildirib.
Siyasətçi qeyd edib ki, həbs və ittihamların irəli sürülməsi onun 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək planlarına müsbət təsir edib.
“Mənim reytinqlərim heç vaxt bu qədər yüksək olmamışdı, (seçkiqabağı) kampaniya üçün 10 milyon dollar toplanmışdı və gün çox mühüm çıxışla başa çatdı”, – deyə o bildirib.
Bundan əlavə, Trampın seçki kampaniyası üçün vəsait toplama saytı indi respublikaçının təsviri olan köynək almaq imkanı təqdim edir. Şəklin altında “günahkar deyil” yazısı var.