QafqazTimes xəbər verir ki, bəzi etibarlı mənbələr Suriya müxalifətinə bağlı “İnsan Haqları Müşahidə Qrupu”-nun Suriyada Hizbullah döyüşçülərinin şəhid olması ilə bağlı dərc etdiyi xəbəri təkzib ediblər.
Əl-Məyadin telekanalı bu mənbələrə istinadən xəbər verib ki, son günlərdə Suriyada bu döyüşçülərin şəhid olması xəbərləri həqiqətə uyğun deyildir.
Bu mənbələr həmçinin ABŞ-ın Deyr əz-Zura son hücumu zamanı bir müqavimət komandirinin şəhadət xəbərinin əsassız olduğunu bildiriblər.
Bu mənbələrə görə, Suriyada son dövrlərdə Hizbullah döyüşçülərinin şəhid olması həqiqətə uyğun deyil və “İnsan Haqları Müşahidə Qrupu”-nun Suriyadakı Hizbullahla bağlı dərc etdikləri sadəcə bir illüziya və fantaziyadan ibarətdir. Bu, onların Suriyaya qarşı uğursuz müharibə zamanı ictimaiyyəti aldatmaq üçün bütün uydurma hekayələrini xatırladır.
