Ağ Evin dövlət katibi BBC kanalında prezident Co Baydenin Amerika ordusunun Suriyada qalması üçün çıxış yollarını axtardığını elan edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Con Kerbi dünən “Face the Nation” proqramında deyib: Biz həmişə olduğu kimi ordu qüvvələrimizlə bərabər hərbi avadanlıqlarımızın da Suriyada qalması üçün tədbirlər görür, İŞİD qüvvələri ilə mübarizəyə davam etmək məqsədini güdürük.
Suriyada mindən az ABŞ qüvvəsinin olduğunu qeyd edən C.Kerbi son raket hücumunda İranı təqsirləndirərək deyib: Prezident o hücumdan sonra hər hansı bir hava hücumu baş verərsə qətiyyətlə cavablandırılmasını əmr edib. Həmçinin Amerika siyasətlərinin dəyişməyəcəyini vurğulayıb.