Ötən illərin ənənələrinin davamı olaraq mübarək Ramazan ayının ilk günündə İslam İnqilabı Aliməqam Rəhbəri Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə Qurani Kərimlə ünsiyyət mərasimi təşkil olunub.
Əl Aləm telekanalının məlumatına əsasən, İmam Xomeyni (rəh) adına hüseyniyyədə keçirilən bu mərasimdə Quran qariləri və fəalları iştirak edib.
Mərasim Qurani Kərim tilavəti ilə başlanaraq məzmun, təfsir və digər mövzular haqda çıxışlar edilib.
İslam İnqilabı Aliməqam Rəhbəri mərasimdə Allah Taala dərgahında görkəmli qarilərin varlığına görə şükürlər edərək Qurani Kərimin qiraət olunmasında əsas məqsədin onu dinləyənlərin ruh və mənəviyyatına müsbət təsir etmək olduğunu vurğulayıb.
O, Allahın mesajını insanlaırn qəbinə çatdırdıqları üçün Quran qarilərinin yüksək və qürurverici məqam və missiya daşıdıqlarını vurğulayaraq deyib: Quranı dinləmək Allaha iman və ilahi rəhmətin cəlb edilməsində zəruri və vacib bir işdir; ilahi ayələr haqqında düşünmək imkanı yaradır. Buna görə də Quranın oxunması və dinlənilməsi işində ciddi olmaq lazımdır”.
İnqilabın Rəhbəri bu istiqamətdə hər kəsə hər gün, ən azı bir səhifə Quran oxumağı tövsiyə edib.
