İslam İnqilabı Aliməqam Rəhbəri ayətullah Seyid Əli Xameni İran xalqı və Novruz bayramını qeyd edən xalqları baharın gəlişi münasibəti ilə təbrik edib.
Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (21 mart) baharın ilk saniyələrində Aliməqam Rəhbər canlı yayımla İran xalqını 1402-ci günəş təqviminin daxil olması və baharın gəlişi münasibəti ilə təbrik edib.
Aliməqam Rəhbər çıxışında baharın gəlişini mənəviyyatın oyanışı adlandıraraq buyurublar: Mübarək Ramazan ayında mənəviyyat nəsimi hamıya şamil olur. Qəlbləri ilahi nəsiminə doğru yönəltmək, ətirləndirmək lazımdır.
Aliməqam Rəhbər İran xalqının ötən ilinə bir nəzər salaraq müəyyən analizlər edərək yeni il üçün onlara tövsiyələr verdikdən sonra çıxışının sonunda İmam Zaman (əc) hərzrətlərinə olan ehtiramını bildirib. O, İmam Xomeyni (rəh) və şəhidlərin pak ruhuna ən yüksək dərəcələr arzulayaraq bu yüni ildə Allah Taaladan İran xalqı üçün xoşbəxtlik, sevinc və yeni nailiyyətlər diləyib.
