Baş nazir Benyamin Netanyahunun siyasətlərinə etiraz aksiyaları artıq 3-cü aydır ki, davam edir.
Əl-Aləm telekanalının məlumatına əsasən, işğal olunmuş Fələstinin sionist qəsəbə sakinləri 10-cu həftədir ki, baş nazirin “məhkəmə islahatı” adlı layihəsinin təsdiqlənməməsi üçün aksiyalara qalxıb.
1948-ci ildən işğal olunmuş ərazilərdə yaşayan sionistlər bu gün də (11 mart) 65-ci küçənin Kerkur kəsişməsində yolları bağlayaraq Netanyahu siyasətlərinə qarşı şüarlar səsləndirib plakatlarla etirazlarını bildiriblər.
Ötən həftə də Tel-Əviv, Həyfa, işğal olunmuş Qüds, Rişun Letson və Hertzelya məntəqələri də aksiya iştirakçıları ilə dolu idi.
Bu aksiyalar Netanyahu kabineti koalisiyası və keçmiş baş nazir Yair Lapid arasında müxalifətin dəstəyi ilə təşkil olunur.