Rusiyanın Kamçatka yarımadasının sakini hava limanını qarət edib.
O, uçuş-enmə zolağının tikintisi aparılan ərazidən 600 min rubl dəyərində material oğurlayıb.
Bu barədə “Amur Mash” “Telegram” kanalı məlumat verib.
Oğrunun Nikolayevka kəndindən olan 58 yaşlı yerli sakin olduğu üzə çıxıb. Müəyyən edilib ki, ona bağ evini yeniləmək üçün tikinti materialları lazım olub.
Bu “pulsuz” materiallar isə hava limanının ərazisində tapılıb. O, yük maşınına 84 metal hasar paneli və dirəklər yükləyib.
Oğurluq edən şəxs saxlanılıb.