Gəncədə marketə basqının görüntüləri yayılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupu tərəfindən yayılan videoda 1 nəfər maskalı şəxsin qanunsuz olaraq daxil olması, gözətçiyə küt alətlə xəsarət yetirməsi və oradan içində külli miqdarda pul olan dəmir seyfi aparması aydın görünür.
İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib və dəmir seyfi marketin yaxınlığındakı tikintidə qəsdən gizlətdiyini bildirib.
Həmin görüntüləri təqdim edirik: