Çıxışı zamanı səhv ifadələri ilə mütəmadi olaraq gündəmə gələn ABŞ Prezidenti Co Baydeni bu dəfə Ağ Evin mətbuat katibi Karin Jan Pyer əvəzləyib. Belə ki, o, ölkə başçısı kimi keçmiş prezident Barak Obamanın adını çəkib.
İctimaiyyət tərəfindən gülüşlə qarşılanan kadrlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
“Təxminən bir saat əvvəl prezident Obama elan etdi ki… oy-oy… Prezident Bayden”, – deyən Jan Pyer bundan sonra dəfələrlə üzr istəməli olub.