Moskva-Kazan reysinin sərnişini Domodedovo hava limanında qarışıqlıq yaradıb.
O, əvvəlcə təyyarənin göyərtəsində dava salıb, daha sonra uçuş-enmə zolağına çıxaraq qurşağadək soyunub.
Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə kişi salonda yüksək səslə qışqırmağa və söyüş söyməyə başlayıb ki, bu da sərnişinləri qıcıqlandırıb. Stüardessaların təkrar-təkrar iradlarından sonra o, qəfildən təyyarədən düşərək uçuş-enmə zolağında hava limanının işçilərini söyüb, sonra isə paltarını çıxarıb.
Məlumatı görə, nəticədə təyyarə onsuzz havaya qalxıb. Davakarın özü isə polis tərəfindən saxlanılıb.