ABŞ-ın Miçiqan Dövlət Universitetinin ərazisində baş verən atışma nəticəsində azı üç nəfər ölüb, daha beş nəfər yaralanıb.
Bu barədə universitetin təhlükəsizlik xidməti rəsmi “Twitter” səhifəsində məlumat yayıb.
Hələlik silahlı insidentin hansı səbəbdən meydana çıxdığı məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili tibbi yardım xidmətinin briqadaları gəlib.
Miçiqan Dövlət Universitetində dərsələr qeyr-müəyyən müddətə qədər dayandırılıb.