Bakının Yasamal rayonunda iki avtomobil toqquşub.
Qəza Zivərbəy Əhmədbəyov küçəsində baş verib.
Belə ki, Nüsrət Məmmədov idarəetməsində olan “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirərək maşını eyni istiqamətdə olan “Toyota”ya çırpıb.
Qəza nəticəsində hər iki avtomobildəki sürücü və “Mercedes”də olan sərnişin xəsarət alıb.
Fakt araşdırılır.

