Berlində seçkilərdə zibil qutuları seçki qutusu kimi istifadə olunur.
Fevralın 12-də Berlində təkrar seçkilər keçirilib. Bundan əvvəl bölgənin Konstitusiya Məhkəməsi 26 sentyabr 2021-ci ildə keçirilmiş federal və bələdiyyə seçkilərinin nəticələrini seçki məntəqələrindəki kobud təşkilati səhvlərə görə ləğv etmişdi.
Məlumata görə, bəzi seçki məntəqələrində möhürlənmiş zibil qutuları seçki qutusu kimi istifadə olunur. Qeyd olunur ki, bu təcrübə artıq 2021-ci ildə tətbiq edilib və Berlinin hazırkı meri Fransiska Qiffay öz seçki məntəqəsində səsvermədən əvvəl seçki qutusunun dəyişdirilməsini tələb edib. Belə ki, “Bild” nəşri Qiffayın seçki bülletenini zibil qutusuna atdığı şəkilləri yayımlayıb.
“Berlindən belə fotoların dünyanı dolaşmasını istəmirəm!” – şəhər meri bildirib.
Qəzetin qeyd etdiyi kimi, sonradan qara zibil qutusu boz metal qutu ilə əvəzlənib.